İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə taksi sürücüsünün çürümüş meyiti tapıldı - TƏFƏRRÜAT

853 15.02.2024 01:44 Hadisə A A

Mingəçevirdə mənzildən çürümüş insan meyiti aşkarlanıb.

APA xəbər verir ki, hadisə şəhərin Puşkin küçəsi 12/2 ünvanındakı binada qeydə alınıb.

Çağırış əsasında ünvana baxış keçirən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri bədəni və başı çürümüş kişi meyiti aşkarlayıblar.

Müəyyən olunub ki, meyit 1964-cü il təvəllüdlü Zakir Zülfü oğlu Hacıyevə məxsusdur.

Taksi fəaliyyəti ilə məşğul olduğu bildirilən Z.Hacıyevin ölüm səbəbi aparılan ekspertizadan sonra məlum olacaq. Qonşuları bildiriblər ki, ondan 10 gündür xəbər almayıblar.

Blokdan pis qoxu gəldiyini hiss edən qonşular aidiyyəti orqanlara məlumat veriblər.

Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan mərhum mənzildə tək yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR