İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder Fərhad Əhmədov “Minval.az” saytına qarşı iddiasını geri götürdü

1748 27.11.2023 17:05 Son xəbər A A

Milyarder Fərhad Əhmədov “Minval.az” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb.

Musavat.com-a bu barədə “Minval.az”ın hüquqi nümayəndəsi Vaqif Hüseyn məlumat verib.

Vaqif Hüseyn bildirib ki, bu barədə məlumatlar elektron formada məhkəmənin portalına da yerləşdirilib.

İddiaçı qeyd edib ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı Əhmədov Fərhad Teymur oğlunun cavabdeh "Minval.Az" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə işlər" tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını Sizdən xahiş edirik”,-deyə iddiaçı Əhmədov Fərhad Teymur oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Faiq Kazımov bildirib.

Qeyd edək ki, “Minval.az” “Yeni Müsavat” Media Qrupuna daxildir.

WhatsApp Image 2023-11-27 at 17.10.11.jpeg (33 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR