İnsanlara hürriyət, millətlərə istiqlal!

“Millimizin oyunu ilə bağlı çoxlu sual var” - Vaqif Cavadov

1135 23.09.2022 16:03 İdman A A

“Milli komandanı, bütün futbolçuları, azarkeşləri təbrik edirəm. Oyun planı, quruluşu ilə bağlı çoxlu sual var. Heyətlə əlaqədar isə böyük problem yox idi. Sadəcə olaraq taktiki baxımdan problemlər oldu”.

Bu sözləri Qol.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov deyib. O, yığmamızın ötən gün Millətlər Liqasında Slovakiyaya qalib gəldiyi matç (2:1) barədə danışıb:

“İkinci hissədə o qədər də yaxşı çıxış etmədik. Yəni, cəmi 1 dəfə mərkəz xəttini keçdik. Son dəqiqələrdə qol vurduq. Əlavə dəqiqələrdə qol vururuqsa, bu, sevindirici haldır. Çünki futbolçularımız sonadək mübarizə aparırlar. Bunu azarkeşlər, futbolu sevənlər və mütəxəssislər də görür, qiymət verirlər. Amma oyun quruluşu baxımından çox böyük nüanslar və boşluqlar var idi. Yenə də buna artıq baş məşqçi qərar verməlidir. Mən komandanı təbrik edirəm. Əzmkar qələbə qazandılar. Çünki vuruşdular, döyüşdülər. Allah da onlara istəklərinə görə qalibiyyət bəxş etdi”.

V. Cavadov millimizin növbəti turda evdə Qazaxıstanla keçirəcəyi matç barədə isə bu sözləri deyib: “Məncə, Qazaxıstanla oyunda qalib gəlmək 100 faiz lazımdır. Ona görə də komandamıza uğurlar arzu edirəm. Matça yaxşı motivasiya ilə çıxsınlar. Məncə, azarkeşlər də onları tək buraxmayacaqlar”.

Qeyd edək ki, sentyabrın 25-i “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR