İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin deputatı Latviyaya gedəcək

322 23.07.2019 16:49 Ölkə A A

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Latviyaya gedəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Bayramov “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq.

Səfər çərçivəsində K. Bayramov beynəlxalq konfransda “Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu” adlı məruzə ilə çıxış edəcək.

 

Millət vəkilinin Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR