İnsanlara hürriyət, millətlərə istiqlal!

Meymunçiçəyinə qarşı peyvəndin ÖLÜMCÜL TƏHLÜKƏSİ

1407 09.06.2022 17:20 Səhiyyə A A

"Meymunçiçəyi xəstəliyinə qarşı istifadə oluna bilən çiçək vaksinləri əlilliyə və ya ölümə səbəb ola bilər."

Musavat.com xəbər verir ki xəbər verir ki, bunu professor Anatoli Altşteyn deyib.

“Rusiyada təbii çiçək peyvəndi ehtiyatımız var. Əlbəttə ki, ondan meymunçiçəyinə qarşı istifadə etmək olar, lakin bu, çox arzuolunmazdır. Çiçək xəstəliyinə qarşı peyvənd virusun əsasında hazırlanıb və uzun illərdir istifadə olunub. Buna baxmayaraq, çox ciddi fəsadlar verə bilər: peyvənd olunan 100.000 nəfərdən biri əlil ola, hətta ölə bilər. Peyvəndin kifayət qədər ciddi fəsadları var idi. Vaksin həmişə həkimlər üçün başağrısı olub. Peyvəndin istifadə olunmamasına qərar veriləndə həkimlər rahat nəfəs aldılar”, - deyə professor bildirib.

Mənbə: "Sputnik"

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR