İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuatın 145 illik yubileyinə 1 ay qaldı

1195 23.06.2020 18:50 Media A A

Jurnalistlərin üçüncü binasından nə xəbər var?

Mətbuatın 145 illiyinə tam olaraq 1 ay zaman qalır. Bu əhəmiyyətli yubiley tarixinin ölkədə kütləvi tədbirlərlə, təntənəli şəkildə keçiriləcəyi gözlənilirdi. Lakin pandemiya ilə bağlı vəziyyət, ölkədə kütləvi tədbirlərin təxirə salınmasının mətbuatın 145 illiyi ilə bağlı prosesə də təsir göstərəcəyi istisna deyil. Bu tarixlə bağlı gözləntilərdən biri də dövlət başçısının tapşırığı ilə inşa edilmiş jurnalistlərin üçüncü binasının media əhlinə paylanılmasıdır.  İyulun 22-nə az zaman qalsa da, hələ ki bununla bağlı bir proses başlamayıb. Bəs görəsən, media kapitanları ölkədə mətbuatın 145 illiyi ilə bağlı hansı tədbirlərin keçiriləcəyi və ehtiyacı olan media nümayəndələrinə mənzillərin paylanacağı ilə bağlı nə düşünürlər?

Mövzu ilə bağlı “ Yeni Müsavat”a danışan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, kütləvi tədbirlər olmasa da , bu yubiley tarixi ilə bağlı hansısa önəmli addımlar atıla bilər: “Dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı bütün kütləvi tədbirlər təxirə salınıb. Mətbuatın 145 illiyi çox önəmli tədbirdir. Ancaq mən kütləvi tədbirlərin keçirilməsinin tərəfdarı deyiləm. Yubiley ilində müəyyən tədbirlər ola bilər. Məndə bu barədə konkret məlumatlar yoxdur. Bu önəmli tarixə 1 ay vaxt qalır. Yəqin ki, hansısa yeniliklər olacaq”.

Vüqar Rəhimzadə: Azərbaycan 2020-ci ildə də uğurla inkişaf edəcək ...

Jurnalistlərin 3-cü binasının ehtiyacı olan jurnalistlərə paylanması ilə bağlı gözləntilərə gəlincə, V. Rəhimzadə bildirdi ki, binada artıq işlər yekunlaşmaq üzrədir: “Kütləvi tədbirlər olmasa da, müəyyən yubanmalar olsa da, 1-2 ay gec olsa da bu mənzillər jurnalist ailələrinin ixtiyarına veriləcək. Hələ ki bir dəqiq məlumat yoxdur, KİVDF-dən bizə hər hansı müraciət daxil olmayıb. 1 ay müddət qalırsa, bunun texniki baxımdan mümkün olub-olmayacağı məsələsi var. Gecikmə ehtimalı da istisna deyil. Əsas odur ki, üçüncü bina gec-tez jurnalistlərin ixtiyarına veriləcək. 145 illik çox əlamətdar yubiley tarixidir. Həm dövlət orqanları səviyyəsində, həm də bizim ictimai təşkilat olan Mətbuat Şurası səviyyəsində bununla bağlı müəyyən tədbirlər olacaq, addımlar atılacaq. Mətbuat Şurasının İdarə Heyətində 145 illik yubileylə bağlı məsələni müzakirə etmişik. Ümumi razılığımız var ki, Mətbuat Şurasının rəhbərliyi müəyyən tədbirlər keçirmək üçün dövlət orqanlarının rəhbərləri qarşısında məsələ qaldırsınlar”.

Təbrik edirik, Aydın Quliyev » Azim.az

Jurnalistlərə mənzillərin verilməsi məsələsinə münasibət bildirən Aydın Quliyev də bildirdi ki, onda fərqli bir məlumat yoxdur, hər kəs kimi bu prosesin heç bir fasilə olmadan baş tutmasını arzu edir: “Yəqin ki, bununla bağlı lazımi addımlar atılacaq. Çünki prosesin gecikdirilməsində xüsusi bir maraq ola bilməz. Hələ ki bizə bir müraciət daxil olmayıb. Binada tikintinin vəziyyəti ilə bağlı və gecikmə olub-olmayacağı ilə bağlı bir məlumatım yoxdur. Hər halda, KİVDF rəhbərliyində prosesin gecikdirilməsi kimi bir fikrin olduğunu söyləyə bilmərəm. Onlar da maraqlı olar ki, mümkün qədər vaxtında baş tutsun”.

22.jpeg (42 KB)

KİVDF-nin mətbuat xidmətinin rəhbəri İlkin Nadirov jurnalistlərin üçüncü binasında mənzillərin paylanması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etdi ki, bununla bağlı hər hansı bir yenilik yoxdur: “Bir yenilik olarsa, ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR