İnsanlara hürriyət, millətlərə istiqlal!

Metaxe Akopyan: “Paşinyana görə artıq Qarabağ erməniləri mövcud deyil”

1030 15.02.2024 15:29 Dünya A A


Ermənistanın baş naziri Nikol Paşinyan artıq problemi həll edib: bir halda ki, “artsax” (ermənilərin  vaxtilə separatçı quruma qoyduqları uydurma ad-red.) yoxdursa , deməli “artsax xalqı” da yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Qarabağ erməniləri içində separatçıların nümayəndəsi Metaxe Akopyan deyib.

“Hər gün yeni şifahi qərarlar və sərəncamlar olur. Beləliklə, bir gecə qərara gəldik ki, biz (Qarabağ erməniləri) Ermənistan pasportu daşısaq da, Ermənistan vətəndaşı sayılmırıq və vətəndaşlıq almalıyıq. Bir müddət sonra bu müraciətlərdən sonra müvəqqəti müdafiə (qaçqın) haqqında şəhadətnamənin verilməsi proseduru işlənib hazırlandı. Onlara görə Qarabağ ermənilərinin problemləri yalnız bu yolla həll edilə bilər”, – deyə Akopyan yerli “Beşinci kanal”da deyib.

Akopyanın sözlərinə görə, “70” kodlu pasportla səyahət edən Qarabağ erməniləri heç vaxt xaricdə heç bir problemlə üzləşməyiblər. İndi yeni pasportlarda Qarabağın işğal altında olduğu illərdə anadan olan ermənilərin doğum yeri qeyd olunmur, digər hallarda isə doğum yeri kimi Azərbaycan göstərilir.

“Qorxuram ki, Paşinyan bir gün sadəcə olaraq ayağa qalxıb Qarabağ ermənilərini erməni deyil, başqa millətin nümayəndələri elan edəcək. Bu, sonrakı nəsillərə qayıtmaq şansı vermədən, Qarabağın tərk edilməsinin dönməzliyini təmin etmək üçün ardıcıl proqramdır”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR