İnsanlara hürriyət, millətlərə istiqlal!

Messidən möhtəşəm qol, PSJ-dən qələbə - VİDEO

1942 02.10.2022 05:29 İdman A A

Fransa Liqa 1-də IX tur davam edir.

Oxu.Az xəbər verir ki, tur çərçivəsində PSJ “Nitsa”nı qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 29-cu dəqiqəsində parislilərin super ulduzu Lionel Messi cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

Labode 47-ci dəqiqədə tarazlığı bərpa etsə də, Mbappe 83-cü dəqiqədə qələbəni təmin edən qola imza atıb.

Liqa 1
IX tur

PSJ – “Nitsa” - 2:1
Qollar:
 Messi, 29, Mbappe, 83 - Labode, 47

Bu qələbə ilə xalını 25-ə yüksəldən Kristof Qaltyenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Marsel” 23 xalla 2-ci, “Loryen” 19 xalla 3-cüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR