İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar Ümummilli Lider Heydər Əliyevi belə andılar FOTOLAR

878 12.12.2021 15:25 Gündəm A A

Bu gün mərhum prezident Heydər Əliyevin vəfatından 18 il ötür. Heydər Əliyevin xatirəsi Azərbaycanda, həmçinin xarici ölkələrdə ehtiramla yad edilir.

Yerli məşhurlar da bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edib, Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildiriblər. Musavat.com onlardan bir neçəsini təqdim edir.

Xalq artisti Aygün Kazımova: "Ümummilli lider, ulu öndər Heydər Əliyevi böyük sevgi və ehtiramla yad edirik".

Xalq artisti, xanəndə Mənsum İbrahimov: "Ehtiramla yad edirik!"

Xalq artisti Nisə Qasımova: "Hörmətlə, sevgi ilə anırıq. Ruhunuz şad olsun, ulu öndər!"

Xalq artisti Röya Ayxan: "Ulu öndər Heydər Əliyevi hörmət və ehtiramla yad edirik".

Əməkdar artist Elza Seyidcahan: "Heç vaxt unudulmayacaqsız ulu öndər".

Əməkdar artist Nüşabə Ələsgərli Heydər Əliyevə həsr olunan "Xalqa sevginlə" mahnısını paylaşaraq, öz ehtiramını bildirib.

Müğənni Ədalət Şükürov: "12 dekabr Ulu öndər, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hörmətlə anırıq. Hər zaman qəlbimizdə və yaddaşımızdasınız".

Müğənni Sevda Yəhyayeva: "Ulu öndər Heydər Əliyev, Allah sizə rəhmət etsin".

Əməkdar artist Bəhram Bağırzadə: "Allah rəhmət eləsin!"

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR