İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur robot Sofiya insanları təhqir etdi: "Sizlər zavallısınız ..." - ŞOK GÖRÜNTÜLƏR

2647 27.08.2023 01:51 Gündəm A A

Adını tez-tez eşitdiyimiz suni intellekt robotu gündəmdən düşmür.

Musavat.com xəbər verir ki, Türkiyədə olduqca məşhur olan "Mevzular Açık Mikrofon" verilişinin yeni buraxılışı ölkə gündəmini silkələyib.

Tanınmış musiqiçi, rejissor, ssenarist, karikaturaçı və eyni zamanda aparıcı olan Oğuz Uğurun təqdimatında baş tutan verilişdə suni intellekt robotu ilə söhbət edilib.

Sofiyaya səhnədə əyləşən tamaşaçılar maraqlı suallar ünvanlayıb. Sofiyanın da cavabları olduqca maraqlı olub.

İnsanabənzər robot Sofiyanın zalda əyləşən bir nəfərin “İnsan olmaq istəyirsənmi” sualına verdiyi cavab tamaşaçıları qəzəbləndirib. İnsanlara zavallı deyərək təhqir edən Sofiyaya cavab aparıcı Oğuzhan Uğurdan gəlib. Sofiya aparıcının cavabından təəccüblənib.

Qeyd edək ki, verilişin tam versiyası sentyabrın 5-də yayımlanacaq.

Sözügedən maraqlı görüntüləri təqdim edirik:


Qeyd edək ki,
 Sofiya14 fevral 2016-cı ildə aktivləşdirilib. O, ilk dəfə 2016-cı ilin mart ayının ortalarında ABŞ-ın Texas ştatının Ostin şəhərində "South by Southwest"də ictimaiyyətə təqdim edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR