İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur polkovnik-leytenant vəfat etdi - FOTO

1710 13.03.2024 10:05 Ölkə A A

I Qarabağ müharibəsi qazisi vəfat edib.

Musavat.com olke.az-a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.

Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.

Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR