İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni məhkəmədə ifadə verdi

1093 26.04.2023 18:44 Şou-biznes A A

Dünyaca məşhur müğənni Ed Şiran ifa etdiyi mahnıya görə yenidən məhkəməyə çağırılıb.

Musavat.com "The New York Times" nəşrinə istinadən xəbər verir ki, britaniyalı müğənninin "Thinking Out Loud" mahnısının oğurluq olması ilə bağlı iddialara əsasən ifadəsi alınıb.

"Qremmi" mükafatlı müğənni sözügedən mahnının Marvin Qayenin "Let's Get It On" adlı klassik əsərinin plagiatı olmadığını iddia edib. 32 yaşlı musiqiçi müəllif hüquqlarını pozmaqda günahlandırılır.

Qeyd edək ki, 1973-cü ildən bəri bir çox film və reklamda istifadə olunan "Let's Get It On" mahnısının bəstəkarı Taunsend 2003-cü ildə dünyasını dəyişib, qızı Ketrin Taunsend Qriffin 2017-ci ildə Şiranı atasının mahnısını oğurlamaqda ittiham edərək məhkəməyə verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR