İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni boşanıb? - Özü AÇIQLADI FOTO

7522 06.07.2024 22:32 Şou-biznes A A

Konsertində ağlayaraq “Ağla Kalbim” mahnısını ifa edən Türkiyənin sevilən ulduzu Bengü göz yaşlarının “ərindən boşanacaq” kimi yozulmasını tənqid edib.

Məşhur müğənni konserti zamanı “Ağla Kalbim” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilməyib. Daha sonra müğənninin həyat yoldaşı Səlim Səlimoğlundan ayrıldığı xəbəri yayılıb. Fizy platformasında Kaan Ölkərin aparıcılığı ilə yayımlanan “Popcast” verilişinə qonaq olan Bengü ilk dəfə mövzu ilə bağlı danışıb.

Konsertində mahnısını bir ağızdan oxuyan izdihamdan təsirləndiyini dilə gətirən Bengü, “Mahnımı 40 min insan bir ağızdan oxudu, böyük xoşbəxtlik göz yaşları idi. Bunun üçün üzr istəyirəm; Qadının göz yaşı yalnız boşanma zamanı olmalıdır, yoxsa evlilik bitəndə? Qadın da xoşbəxtlikdən ağlamalıdır. Niyə biz millət olaraq bunu buna aid edirik?”, - deyə qeyd edib.

Bengü iki övladının atası Səlim Səlimoğlu haqqında bunları söyləyib: “Hər şey gözləmədiyim bir anda gəldi və yaxşılığa doğru oldu. Yalnızlığımın və həyatımın mükafatı həyat yoldaşım və ailəm oldu. Allah mənim həqiqətən ürəyimə görə verdi". (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR