İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa özündən 14 yaş kiçik şəxslə ailə qurdu – gizli nikah ortaya çıxdı

752 06.12.2025 02:59 Şou-biznes A A

Musavat.com xəbər verir ki, Hollivud ulduzu, “Sex and the City” serialında Samanta Cons obrazı ilə tanınan Kim Ketrall yenidən gündəmin mərkəzinə düşüb. 69 yaşlı aktrisa uzun müddətdir birlikdə olduğu Rassel Tomasla gizli şəkildə ailə həyatı qurub.

Məlumata görə, cütlük yaş fərqinə baxmayaraq münasibətlərini rəsmiləşdirib və nikah mərasimi Londonda, Çelsi Köhnə Şəhər İdarəsində keçirilib. Toy tam məxfi şəraitdə baş tutub — nə mətbuat, nə də kameralar dəvət olunub. Mərasimdə cəmi 12 yaxın şəxsin iştirak etdiyi bildirilir.

Aktrisa və həyat yoldaşı hadisəni uzun müddət ictimaiyyətdən gizli saxlasalar da, məlumatlar yalnız bu gün üzə çıxıb. Cütlüyün münasibəti Hollivudda növbəti dəfə yaş fərqinə dair müzakirələri gündəmə gətirib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR