İnsanlara hürriyət, millətlərə istiqlal!

Məryəm Üzərlinin çəkildiyi “Kovan” filmi sabah nümayiş olunacaq - Fotolar

888 25.09.2020 15:20 Şou-biznes A A

Məryəm Üzərlinin çəkildiyi “Kovan” filmi sentyabrın 26-da nümayiş olunacaq.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, rejissor Eylem Kaftanın quruluş verdiyi, baş rollarında Məryəm Üzərli, Feyyaz Duman, Hakan Karsak, Burcu Salihoğlu və Dizem Kaftanın çəkildiyi "Kovan" (Pətək) filmi sentyabrın 26-dan nümayişə başlayır.

İştirak etdiyi bir çox festivaldan mükafatla qayıdan Eylem Kaftanın ilk tammetrajlı filmi olan “Kovan” (Pətək) anasının xəstəliyi səbəbindən Almaniyadan Artvinə gəlib, arıçılıqla məşğul olmağa başlayan qadının həyat hekayəsindən bəhs edir.

Xatırladaq ki, Məryəm Üzərli bu günə qədər bir sıra filmlərə çəkilib. Lakin aktrisaya hələlik bu günə qədər şöhrət gətirən obraz “Möhtəşəm Yüzil” serialındakı Xürrəm rolu olub.

Xalidə, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR