İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə "anan ölsün" demişdi, öz anası vəfat etdi" - FOTO

1157 04.06.2024 14:33 Dünya A A

Türkiyəli tanınmış reper Saqopa Kajmerin anası dünyasını dəyişib.

Bu vəfat xəbərinin ardından sənətçinin keçmiş xanımı Kolera və küsülü olduğu keçmiş dostu Cezanın paylaşımları diqqət çəkib.

Kolera "Yalan deyirəmsə, anam ölsün, deyəndə "gəbərsin" demişdi. Ana ayrı dünyadır. Hər kəs üçün belədir. Öz anası ölüb. Ehtiyatlı olacaqsan, oğlum. Ağzından çıxana diqqət edəcəksən", - deyə, o bildirib.

Ceza isə Saqopanın anası ilə şəklini paylaşaraq "Başın sağ olsun. Çox ağır bir acıdır. Sənə və ailənə səbr diləyirəm" şərhini yazıb.

Saqopa həmin paylaşıma "Çox təşəkkürlər, Ceza. Ölüm günündə düşmənliklər ölər. Acılar paylaşılar" cavabını verib./olay.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR