İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmmədyarov çempionlar turnirinə Aronyan üzərində qələbə ilə başladı

507 10.07.2022 22:14 İdman A A

Bu gün azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə çempionların Şahmat Turu çərçivəsində keçirilən “Road to Miami” onlayn turniri başlayıb.

Oxu.Az xəbər verir ki, dörd gün ərzində yarışın ilkin mərhələsi keçiriləcək və burada 16 iştirakçı pley-offda çıxış edəcək səkkiz cütü müəyyənləşdirəcək.
Dairəvi sistemdə qələbəyə görə 3 xal, heç-heçəyə isə 1 xal verilir.

Həmyerlilərimizin iştirakı ilə keçirilən ilk görüşlər artıq başa çatıb. Məmmədyarov – Aronyan, Rəcəbov isə Duda üzərində minimal hesablı (1:0) qələbə qazanıb.

2-ci turada Rəcəbov və Məmmədyarov bir-birilə qarşılacaqlar. Növbəti turlarda Məmmədyarov Rapport və Voytaşek, Rəcəbov isə Eriqaisi və Yu Vençjun ilə görüşəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR