İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 gümüş və 3 bürünc medal qazanıblar

506 19.06.2026 13:41 Təhsil A A

Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan məktəbliləri 3 gümüş və 3 bürünc medal qazanıblar.

Təhsil İnstitutundan Musavat.com-a bildirilib ki, gümüş medala Bakı Avropa Liseyinin IX sinif şagirdi Eldar İsmayılov, “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Alikamal Həsən və Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Gülay Əlizadə layiq görülüblər.

Bürünc medalları isə Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Toğrul Həmidli və Yusif Qurbanlı, eləcə də Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Şamil Abbasov qazanıblar.

Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.

oğlanlar.jpg (213 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR