İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Xanlarova 56 yaşında özünə bunları arzuladı

878 12.08.2023 21:19 Şou-biznes A A

"Həyatımın 56-cı ili xoş gəldin! İnsan ömrü kitab kimidir. Hər gün bir səhifədir. Səhifələr çevrilir, kitab bağlanır. Bəzi kitablar həmin an unudulur, bəziləri qalır, insanlığa yol göstərir".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova ad günü münasibəti ilə sosial şəbəkədə yazıb.

Əməkdar artist bu yaşına qədər vicdanının rahat olduğunu vurğulayıb:

"İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı çirkablığa bulaşmayaraq, vicdanını təmiz saxlaya bilməsidir. Çünki vicdan yaradan tərəfindən insanlara verilən ilahi takibdir. Mənim vicdanım rahatdır. Doğru bildiyim yolda hər zaman əlimdən gələni etmişəm və edəcəm. Atatürkün "sənətkar əl öpməz, sənətkarın əli öpülər" sözünü özümə rəhbər tutaraq, şəxsi çıxarlarım üçün heç bir qapıdan əyilərək keçmədim. Həyatda insanın özünəməxsus duruşu, əqidəsi olmalıdır. Zülmə qarşı əyilməməli və başı dik olmalıdır, əyri yox! Yanında olmalıdır, hər məzlumun. Dürüst şəkildə, qorxusuzca haqlını müdafiə etməli, haqsızı yox! Qarşısında durmalıdır zalimlərin! Sonda isə bunu demək istəyirəm ki, mən göy üzü kimiyəm. Bəzən kəskin küləyim dondurar, bəzən də heç gözləmədiyiniz anda çıxan günəşim isidər. İçimdə çaxan ildırımların səsi bürüyər hər yeri. Göy üzü qədər bilinməz biriyəm..."

Mehriban Xanlarova doğum günü münasibətilə özünə cansağlığı arzulayıb, onu təbrik edənlərə təşəkkürünü bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR