İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehman Səlimov müəmması

6008 11.12.2014 20:00 İqtisadiyyat A A


Mehman Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

“Media forum” saytı sabiq nazir müavinin işi haqda əlavə məlumat almağa çalışır, lakin müraciət olunan instansiyalar bu barədə danışmaq istəmir. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda istintaq gedir, ona görə də cinayət işinin detalları haqda əlavə məlumat verilməsi mümkün deyil.

“Media forum” saytı Mehman Səlimovun qardaşı Vidadi Səlimovla əlaqə saxlayıb. Vidadi Səlimov qardaşının həbsi, hazırda harada saxlanması, durumunun necə olması haqda danışmaqdan imtina edib: “Qardaşımın niyə tutulduğunu bilmirəm, heç bir məlumatım yoxdur”.

Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov “Media forum” saytına deyib ki, Mehman Səlimovun həbsində böyük müəmmalar var və bunlara aydınlıq gətirilməsi vacibdir: “O, Azərbaycan ordusunun ən savadlı zabitlərindən olub. Hələ SSRİ dövründə Bakıda yerləşən dördüncü ordu rəisinin siyasi məsələlər üzrə müavini işləyib. Həmin dövrdə azərbaycanlıları orduda belə vəzifəyə qoymurdular. O, müstəqilliyimizin ilk illərində Prezident Aparatında yüksək vəzifədə çalışıb, hərbi sahəyə rəhbərlik edib. Mehman Səlimov Qarabağ müharibəsi zamanı da mühüm xidmətlər göstərib. Onun həbs olunmasının səbəbləri qaranlıqdır. Çünki ordu sıralarından 15 il əvvəl tərxis olunub. Mehman Səlimovun ordudakı fəaliyyətinə görə həbs olunması böyük sensasiya olardı”.

Üzeyir Cəfərov əlavə edib ki, Mehman Səlimov müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olanda yaxşı işləyib, həmin dövrdə orduda intihar hallarının sayı çox az olub: “Mehman Səlimov ordudakı qanunsuzluqlarla mübarizə aparırdı, nizam-intizam təmin olunurdu. Bütün bunlara görə mərhum prezident Heydər Əliyev onu “Azərbaycan bayrağı” ordeni ilə təltif etmişdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR