İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: "Teraktda iştirak edən hər kəs öldürülməlidir”

877 25.03.2024 14:41 Dünya A A

“Crocus City Hall” konsert zalına hücum edən terrorçular öldürülməlidir, lakin bunda iştirak edənlərin hamısını öldürmək daha vacibdir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında bildirib.

Onun sözlərinə görə, son günlər onu Moskva yaxınlığında baş verən terror aktından sonra nə gözləyəcəyi ilə bağlı tez-tez soruşurlar. Siyasətçi qeyd edib ki, mülki şəxslərə atəş açan terrorçular saxlanılıb, “onları tutan hər kəsə halal olsun”.

Onların öldürülüb-öldürülməməsi ilə bağlı suala Medvedyev müsbət cavab verib. Eyni zamanda, o, "terror aktında iştirak edən hər kəsin öldürülməsinin daha vacib olduğunu" qeyd edib. “Ödəniş edən, rəğbət bəsləyən, kömək edən hər kəs. Onların hamısını öldürülməliidr”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Bundan bir qədər əvvəl, martın 24-də Medvedyev demişdi ki, “Krokus” terroruna qarışan hər kəs Rusiya hüquq-mühafizə orqanlarının qanuni və əsas hədəfidir. O, həmçinin bildirib ki, Rusiya bu terror aktının hər qurbanının qisasını alacaq.

Son məlumatlara görə, dəhşətli terror aktında 182 nəfər xəsarət alıb, 137 nəfər həlak olub. Hazırda bütün şübhəlilər - 32 yaşlı Dalerjon Mirzoyev, 30 yaşlı Rəcəbəlizodə Saidakrami Murodali, 25 yaşlı Şəmsidin Fəriduni və 19 yaşlı Məhəmmədsobir Fayzov saxlanılaraq həbs ediliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR