İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmil Həsənli “Yeni Cümhuriyyət”in redaksiya şurasına daxil oldu

2538 19.02.2014 16:11 Media A A
2013-cü ilin 9 oktyabr seçkilərindən sonra Azərbaycanın media aləminə daha bir qəzet daxil oldu. Bir qrup Milli Şura üzvü və tərəfdarı “Yeni Cumhuriyyət” qəzetinin nəşrinə başladı.

Qəzet bu ilin yanvar ayından həftədə 3 dəfə dərc olunur. Əsasən Milli Şuranın siyasi xəttini müdafiə edən, qurumun fəaliyyətini işıqlandıran “Yeni Cumhuriyyət” qəzetinin cumhuriyyet.az adlı saytı da fəaliyyət göstərir.

Musavat.com-a verilən məlumata görə, “Yeni Cumhuriyyət”ə dəstək məqsədilə qəzetin Redaksiya Şurası yaradılıb. Qəzetin son sayında əks olunan Redaksiya Şurasına Milli Şuranın sədri Cəmil Həsənli ilə yanaşı, qurumun bir sıra tanınmış üzvlərinin adları da daxil edilib. 

Məlumatı dəqiqləşdirmək üçün Milli Şuranın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyevlə əlaqə saxladıq. O.Gülalıyev məlumatı təsdiq edərək bildirib ki, “Yeni Cumhuriyyət” qəzeti müstəqil qəzetdir, yeni yaranmasına baxmayaraq, oxunaqlı və maraqlı qəzetdir. Eyni zamanda obyektiv təndiqçi mövqeyə malikdir. Milli Şuranın məqsəd və ideyalarının, eləcə də fəaliyyətinin geniş oxucu kütləsinə çatdırılmasında yaxından iştirak edir. Cəmil müəllim və Milli Şuranın bir qrup üzvü “Yeni Cumhuriyyət” qəzetinə öz dəstəklərini ifadə etmək üçün qəzetin Redaksiya Şurasına daxil olublar. Biz qəzetə öz fəaliyyətində ugurlar arzulayırıq və Milli Şura olaraq həmişə azad, müstəqil mətbuatın yanındayıq”.

Xatırladaq ki, Milli Şura Sədri Cəmil Həsənli  dünən “Yeni Cumhuriyyət” qəzetinin redaksiyasında olub və qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR