İnsanlara hürriyət, millətlərə istiqlal!

MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək

1153 13.11.2025 12:36 Media A A

“Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə ümumi yanşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb”.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərtac-a müsahibəsində Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən belə deyib.

O, bildirib ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər: “Aydın məsələdir ki, bu, media menecmentin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR