İran ABŞ və İsrailin hava zərbələrindən sonra dağıdılmış körpüləri, raket bazalarını və hərbi zavodları cəmi bir neçə ay ərzində bərpa etməyi bacarıb.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehranın bu dərəcədə sürətli bərpası bəzi İsrail rəsmiləri arasında ciddi narahatlıq və təşviş yaradıb.
İsrailin Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə Qüvvələrinin keçmiş komandanı Ran Kohav məsələyə münasibət bildirərkən Tehranın imkanlarını etiraf edib:
"İranın sənaye istehsalı və dağıdılmış obyektləri bərpaetmə sahəsində fövqəladə dərəcədə təsiredici potensialı var".
Bundan əvvəl isə "The New York Times" (NYT) qəzeti İraqın baş naziri vasitəsilə Tehrana çatdırılan təkliflə bağlı məlumat yayıb.
Həmin məlumata görə, İran Donald Trampın atəşkəs haqqında təklifini qətiyyətlə rədd edib.
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, münaqişənin əsas səbəbi Vaşinqtonun siyasətidir:
"Əsas problem Amerikanın məntiqsiz, tamahkar və ağalıq etməyə yönəlmiş yanaşmasındadır".
Musavat.com






