İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask maskasını çıxarır – o, indi də NATO-nun buraxılmasını vacib sayır

548 03.03.2024 11:17 Dünya A A

Varşava Müqaviləsi Təşkilatı dağılandan və Sovet İttifaqının süqutundan sonra onun əsas düşməni olan NATO da öz fəaliyyətini dayandırmalı idi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı iş adamı Devid Saksın bu fikri ilə milyarder İlon Mask sahibi olduğu X sosial şəbəkəsində razılaşdığını bildirib.

Saks yazırdı ki, SSRİ-nin dağılmasından sonra NATO-nun məqsədi keçmiş Varşava Müqaviləsi Təşkilatı ölkələrini də əhatə etməklə genişlənmək olub. Bu isə alyans ətrafında düşmənçilik yaratdı.

“Mən həmişə maraqlanmışam ki, NATO-nun əzəli düşməni və yaranma səbəbi olan Varşava Müqaviləsi Təşkilatı mövcudluğunu dayandırsa da, niyə NATO mövcud olmaqda davam edir”, - Mask yazıb.

Fevral ayında Mask ABŞ-ın respublikaçı senatorlarına Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsində “heç bir şəraitdə” uduzmayacağını söyləyib. Ümumiyyətlə, o, son vaxtlar birmənalı olaraq Rusiyaya, prezident Putinə haqq qazandıran açıqlamalarla çıxış edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR