İnsanlara hürriyət, millətlərə istiqlal!

Martirosyan: Ankara və Bakının məqsədi erməni məsələsini birdəfəlik bağlamaqdır

607 17.07.2024 14:53 Dünya A A

 

“Birləşmiş Ştatlar yalnız Ermənistandan ağrılı güzəştlər tələb edir,  Ermənistanın Xarici işlər nazirliyi isə artıq onların zəruriliyini əsaslandırmaq üçün zəmin hazırlayır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli ekspert Artur Martirosyan söyləyib.

“Antoni Blinkenin təqaüdə çıxan bir fiqur olduğunu başa düşmək lazımdır, hətta Bayden yenidən prezident seçilsə belə, Blinken dövlət katibi vəzifəsini tutmayacaq. Ona görə də Blinkenin açıqlamaları vəzifədən gedən məmurun bir növ klişesidir. Eyni zamanda başa düşmək lazımdır ki, Blinken bunu deməklə Azərbaycanın yox, Ermənistan tərəfinin güzəştlərinə ümid edir”, - deyə o, qeyd edib.

Martirosyanın sərsəmləməsinə görə Vaşinqton Qarabağda “etnik təmizləmə” faktını tanımır və heç vaxt erməni hərbi əsirlərin (terroruçuları nəzərdə tutur-red.) azad edilməsini, qaçqınların geri qaytarılmasını və s. tələb etməyib. Ermənistan tərəfinə güzəşt tələbləri dəfələrlə və açıq şəkildə səsləndirilib: “Azərbaycana nə tələb edirsə, verin, sülh olacaq”. Bütün bunlardan sonra Ermənistanın varlığını davam etdirib etdirməyəcəyi isə Vaşinqtonda az adamı maraqlandırır.

Erməni ekspertin fikrincə, Ermənistan XİN ictimaiyyəti bilərəkdən müharibə ilə qorxudur və bununla da növbəti ağrılı birtərəfli güzəştlərə zəmin hazırlayır. Lakin problem ondadır ki, Azərbaycan və Türkiyə ərazi güzəştləri ilə məhdudlaşmaq niyyətində deyillər. "Böyük Turan" Bu, onların məqsədidir”, - deyə Martirosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR