İnsanlara hürriyət, millətlərə istiqlal!

Marneulidə azərbaycanlı ata və oğlunu güllələyən şəxs sərhəddə yaxalandı

1267 07.01.2026 20:12 Kriminal A A

Marneulinin mərkəzi bazarında qızıl məmulatları satılan mağazaya silahlı basqın edərək azərbaycanlı ata və oğlunu güllələyən şəxs saxlanılıb.

Musavat.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti ilə Türkiyə Respublikasının Artvin vilayətinin polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2002-ci il təvəllüdlü şəxs “Kartsaxi” sərhəd sektorunun ərazisində saxlanılıb.

Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (qəsdən adam öldürməyə cəhd) və 236-cı (qanunsuz silah saxlama) maddələri ilə araşdırılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsi 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, yanvarın 4-də günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident baş verib. Hadisə zamanı qızıl mağazasının sahibi olan Bayramovlar ailəsinin üzvləri — ata Rafik Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.

Yaralılar dərhal Marneulidə yerləşən müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Rafik Bayramov tibbi yardım göstərildikdən sonra “GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə “Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR