İnsanlara hürriyət, millətlərə istiqlal!

Markedonov: “İsrail prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini aşağı salmaq olmaz”

915 01.06.2023 21:11 Region A A


“Yəhudi dövlətində əsas siyasi fiqur prezident yox, baş nazir olsa da, İshak Hersoqun Bakıya səfərinin əhəmiyyətini aşağı salmaq olmaz”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq, ermənipərəst mövqeyi ilə tanınan Sergey Markedonov Telegram kanalındakı səhifəsində yazıb.

“Dövlətlərarası təmasların yüksək tempinə diqqət yetirmək lazımdır. Bu ilin mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib. Həmin vaxt birgə mətbuat konfransında nazir Azərbaycana və onun ərazi bütövlüyünə ardıcıl dəstəyə görə yəhudi dövlətinə təşəkkür edib. Öz növbəsində Bayramovun israilli həmkarı Eli Koen rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarını “tarixi” adlandırıb. Mayın 30-da Azərbaycanın paytaxtında qonağı qəbul edən İlham Əliyev Hersoqun səfərini yüksək qiymətləndirib. İsrail prezidentinin ölkəyə səfərinin əhəmiyyəti nədir? Əvvəlcə onu qeyd edək ki, Bakıya səfər Türkiyədə prezident seçkilərinin ikinci turu başa çatdıqdan iki gün sonra baş tutub. İtshak Hersoq Ankara ilə Təl-Əvivin yaxınlaşmasında Azərbaycan diplomatiyasının rolunu vurğulayıb. İkincisi, İran faktorunu da qeyd etmək lazımdır, baxmayaraq ki, bir çox müşahidəçilər bəzən buna çox diqqət yetirmirlər. İsrailli qonaq Bakıda yenidən Tehranı tənqid edib. Azərbaycan diplomatları və siyasətçiləri daha təmkinli olsalar da, Bakının da İslam Respublikasına iddiaları var.

Bununla belə, Azərbaycanla İsrail arasında İrana baxışlarda asimmetriya mövcuddur. Bakı İran faktorunun köməyi ilə təkcə yəhudi dövlətini deyil, həm də ABŞ-dakı İsrail lobbisini və Amerika rəhbərliyini öz dəstəyinə səfərbər etməyə çalışır. Bu, Qarabağ və bütövlükdə Ermənistan istiqamətində sərfəli qərarların qəbul edilməsində son dərəcə vacibdir. Bakı üçün İran geosiyasi mübarizədə məqsəddən çox vasitədir. İsrail isə başqa məqsədlər güdür. Yəhudi dövləti üçün İran Yaxın Şərqdəki əsas rəqiblərdən sayılır. Sadəcə olaraq, İsrailin Azərbaycanın əlindəki qədər manevr imkanı yoxdur”,-deyə Markedonov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR