İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”in futbolçusu onu təcavüzdə ittiham edən qızla evlənir

1182 19.03.2023 08:35 İdman A A

“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud onu təcavüzdə ittiham edən Herriet Robsonla evlənməyə hazılaşır.

21 yaşlı futbolçu bu barədə ailəsinə bildirib. Uşaq gözləyən cütlüyü bu günlərdə Londonda görüblər.

Xatırladaq ki, keçən ilin yanvarında Robson sosial şəbəkələrdə bir neçə foto paylaşaraq zorlamaya məruz qaldığını açıqlamışdı. Bundan sonra Qrinvud həbs edilmişdi. Bu ilin fevralında onun üzərindən bütün ittihamlar götürülüb.

“Mançester Yunayted” klubdaxili araşdırmalar yekunlaşana qədər futbolçunu komandadan uzaqlaşdırıb.

Mənbə: "The Sun"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR