İnsanlara hürriyət, millətlərə istiqlal!

Mamicanyan: Paşinyanı həbsxana kamerası gözləyir

588 18.07.2024 15:57 Siyasət A A

 

“Hazırkı baş nazir Nikol Paşinyanın gələcəyi iki ssenari üzrə inkişaf edə bilər - baş nazirin kabinetində, ya da həbsxana kamerasında”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli müxalif deputat, Ayk Mamicanyan deyib.

“Bu adam mümkün olan bütün qırmızı xətləri keçib: o, açıq-aydın vətənə xəyanət edib, ölkənin inkişafını onilliklərlə geri çəkib, “ikinci erməni dövlətçiliyini” (qondarma qurumu nəzərdə tutur-red.) məhv etdi, öz reytinqi naminə bir neçə min gəncin həyatını qurban verib. Ona görə də o, artıq heç nədən qorxmur. O, hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır, çünki alternativlərin nə olacağını anlayır”,-deyə erməni siyasətçi bildirib.

İndiki baş nazir Nuh deyil və onun gəmisi yoxdur, ona görə də o, tək xilas olacaq. “Əgər onlar (Paşinyanın tərəfdaşları) da hər şeyə hazırdırlarsa, bizə qalan onlara xoş vaxt arzulamaqdır, bizim həbsxanalarda hamı üçün yer var”,-deyə Mamicanyan yerli iqtidarı təhdid edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR