İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Medvedev: "Yığmanın üzvlərindən kimsə Nikola Yurçeviçlə ünsiyyət qurmayıb"

533 18.02.2019 02:14 İdman A A

"Düzü, yeni baş məşqçi haqqında çox şey bilmirəm. Milli üzvlərindən kimsə onunla ünsiyyət qurmayıb. Yəqin ki, necə baş məşqçi olduğu və hansı futbolu tələb etdiyi toplanışda məlum olacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun futbolçusu Maksim Medvedev Nikola Yurçeviçin Azərbaycan millisinə baş məşqçi təyinatını şərh edərkən deyib.

Eyni zamanda yığma üzvü olan təcrübəli müdafiəçi çempionatın gedişində Yurçeviçin tanışlıq xarakterli təlim-məşq toplanışı təşkil etmək istəyinə belə reaksiya verib: "Bu, bir tərəfdən yaxşıdır ki, oyundan qabaq baş məşqçi ilə çox vaxt keçirərik. Amma çempionatın qrafikinin dəyişməsi də yaxşı hal deyil".

Daha əvvəl Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç bildirib ki, Azərbaycan millisində seçimin geniş olmaması problemi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR