İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrona hazırda nəinki dünya, hətta fransızlar belə gülürlər, çünki... - Professordan qınaq dolu AÇIQLAMA

814 22.03.2024 18:15 Siyasət A A

 

"Avropa İttifaqının iki dayaq ölkəsindən birinin - Fransanın başında dövlət adamının deyil, siyasi təlxəyin dayanması doğrudan da gülüncdür. Bu gün Makrona nəinki bütün dünya, hətta fransızlar da gülürlər".

Bu fikirləri Musavat.com-a sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib. "Əslində, fransızlar gülməli deyil, ağlamalı və belə bir təlxəyi dövlətin başından rədd etmək üçün hərəkətə keçməlidirlər. Yalnız bu halda dünya fransız xalqının əksəriyyətinin Makron ağlında olmadığına inana bilər"- deyən professor əlavə edib ki, son illərdə bu insan yalnız bütün səviyyələrdən olan sərsəmləmələri ilə yaddaşlarda qalır: "Böyük siyasi səhnəyə çıxdığı vaxtdan anası yaşında müəlliməsi ilə evlənən bu sərsəm nə şəxsi həyatı ilə, nə də siyasi fəaliyyəti ilə kiməsə nümunə ola bildi.

E.Makronun Çinin lideri Si Cinpin ilə görüşündən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın Makron haqında dediyi təhqir dolu sözləri isə mən deyə  bilmirəm. Tarixdə heç bir dövlət başçısı bu səviyyədə təhqir olunub, aşağılanmamışdı. Heç şübhəsiz adam əməllərinin müqabilində bu təhqirə layiq görüldü".

fikret_yusifov.jpg (160 KB)

Professora görə, Makron artıq illərdi ki, Azərbaycanın üzərinə gəlməyə, onu hər hansı bir formada olursa-olsun “cəzalandırmağa” çalışır: "Keçən il Qarabağ torpaqlarımızda keçirdiyimiz antiterror əməliyyatlarından sonra mübarizə meydanında nakaut olan Makron hələ də qalxıb ayaq üstə dayana bilmir və hər dəfə ayağa qalxmağa çalışanda başı gicəllənərək yıxılır. Son bir neçə ildə Azərbaycana qarşı nə qədər təxribatlar törətməyə çalışsa da, başı daşa dəyir və siyasət meydanında Prezident İlham Əliyevə məğlub olur. O, bu məğlubiyyətdən ayıla bilmir, “böyük gücün kiçik gücə uduzmasını” həzm etmək istəmir. Anlamır ki, güclə ağılın arasında, dağla dərə qədər fərq olur. Anlamır ki, qalib gəlmək üçün tək güc yetərli deyil, siyasi ağıl da gərəkdir. Tarixdə az güclə, lakin böyük ağılla Makron kimi ağılsız “böyük güclərin” məğlubiyyətə uğradılmasına dair onlarla nümunələr mövcuddur. Makronun ağlı olsaydı, Azərbaycana qarşı birinci və ya ən azından ikinci həmləsindən sonra aldığı məğlubiyyətdən nəticə çıxarıb yerində oturardı. Siyasət meydanında bir-birinin ardınca düçar olduğu məğlubiyyətlərdən sonra, boks əlcəkləri geyib döyüşçü obrazı yaratmağa çalışmaq isə adamın psixoloji xəstəliyinin bariz əlamətidir".

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR