İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Pəhləvilərə belə xidmət göstərir - Məşhur TVİTİN sirləri açıldı

1865 17.01.2023 10:44 Gündəm A A

"4 aydır davam edən etirazlara rejimin reaksiyasının 44 illik molla hakimiyyəti dönəmində iğtişaşlara, böhranlara qarşı göstərilən münasibətdən fərqli olmayacağı əvvəldən bəlli idi. Zorakılıq, şiddət, kütləvi həbslər, edamlar, işgəncələr və s. Bu reaksiyaların forması nə qədər eyni olsa da, proseslərdə göstərilən zorakılıq mahiyyət olaraq çox fərqli məna və məqamları özündə əks etdirir".

Bunu Musavat.com-a Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk deyib. 

8e83095746a9e85808f44210160b6359.jpg (78 KB)

Siyasi şərhçi bildirib ki, daha öncəki böhranlarda repressiv tədbirlərin məhz güc mövqeyindən cəmiyyətin önündə bir qorxu divarı hörmək məqsədilə tətbiq edildiyini görürük:

"Bu etirazlarda sərgilənən aqressiya və zorakılıq isə daha çox molla hakimiyyətinin 44 ildir hördüyü qorxu divarlarını aşan insanların əzmi, iradəsi qarşısında duyduğu qorxu və çarəsizliyin ifadəsidir. Dünya ictimaiyyəti və beynəlxalq qurumların etirazlara geniş dəstəyi də rejimin qorxu və çarəsizliyini qat-qat gücləndirən digər bir faktordur. Son günlərdə rejimin repressiv tədbirlərinin daha da sərtləşməsi ilə eyni zamanda proseslərin qismən səngidiyini müşahidə edirik. Ancaq bunu sadəcə rejimin qatı repressiv tədbirləri ilə əlaqələndirmək qətiyyən doğru deyil.

cf4a818f-0238-30a3-ad7d-8eb877c70299_850.jpg (146 KB)

İran adlanan ölkədə qeyri-fars millətlərin 100 ildən artıqdır uğradığı bütün milli haqsızlıqların başında Pəhləvi sülaləsi, həmin sülalənin söykəndiyi paniranist, panfarsist ideologiya dayanır. Bu sülalənin başda Güney Azərbaycan olmaqla qeyri-fars millətlərə qarşı dəfələrlə qətliamlar, soyqırımlar gerçəkləşdirdiyini bilirik. Eyni zamanda mövcud etirazların qeyri-fars millətlərin yaşadıqları coğrafiyalarda daha kəskin bir şəkildə cərəyan etdiyini nəzərə alsaq, müvəqqəti səngimənin səbəblərini daha dəqiq izah etmiş olarıq. Eyni paralelliyi dünya dövlətlərinin, xüsusilə Avropa ölkələrinin münasibətlərində də görürük. Böyük Britaniya, Almaniya, Niderland kimi bir çox ölkələr İranda inqilabi dəyişikliklərin yanında olduqlarını hər fürsətdə bəyan edirlər. Ancaq Fransanın toplumun inqilabi dəyişikliklər istəyini, qeyri-fars millətlərin milli haqq və azadlıq tələblərini görməzlikdən gələrək fars irticasını təşkilatlandırma səyləri diqqətdən qaçmır. Xatırlayırsınızsa, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi Fransa Senatına dəvət olunmuşdu və orada onu gələcək İranın sahibi kimi qarşılamağa çalışmışdılar. Bir sıra iranlı aktivist şəxsən Emmanuel Makron tərəfindən dəvət olundu, Parisdə onların hər biri ilə ayrı-ayrılıqda görüş keçirildi. Yanvarın 1-də isə onların Rza Pəhləvi ilə bir ittifaqı xatırladan eyni mətndə tvitə imza atmaları istər-istəməz insanlarda çox ciddi şübhələrə əsas verir. Bunun mərkəzində Fransanın və onun başçısının durması çox düşündürücü bir məqamdır.

29c86ef6-b2dc-38f5-9694-058941ebebb3_850.jpg (64 KB)

Bu gün İran toplumu öz inqilabi dəyişim iradəsini ayaqda saxlamaq və hər hansı bir inqilaba yol verməmək üçün 2 cəbhədə - molla hakimiyyətinə və Pəhləvi irticasına qarşı savaşmaq məcburiyyətində buraxılıb. Bu gün hərəkat irticanın hər növünə yox deyərək ağır, amma vacib bir mərhələni arxada buraxmaq istəyir. Yəni bu səngimə düşünmək üçün zaman qazanmaq və irticanın yeni həmlələrinə qarşı yeni inqilabi yollar, planlar, yol xəritəsi ortaya qoymağa yönəlik bir durumdur. Hesab edirəm ki, bu gün İran adlanan məkanda cərəyan edən hərəkat özünün bir mərhələ irəliyə getməsi dönəmini yaşayır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR