İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: "Müstəmləkəçilik siyasəti Fransanın böyük səhvi idi"

620 22.12.2019 15:25 Dünya A A

Fransa prezidenti Emmanuel Makron müstəmləkəçiliyi ölkəsinin böyük səhvi hesab edir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Afrika dövləti Kot-d'İvuara səfəri zamanı prezident Alassan Uattarla birgə keçirdiyi mətbuat konfransında danışıb.

O, qeyd edib ki, indi çoxları Fransanın guya hegemonluq kateqoriyaları dünyası barədə düşündüyünü və müstəmləkəçiliyə sadiq olduğunu düşünür. "Amma bu böyük səhv idi, respublikanın səhvi", - Makron vurğulayıb.

Fransa prezidentinin fikrincə, "ümumi tarixin yeni səhifəsini açmaq" zamanı gəlib.

Fransa lideri Kot-d'İvuara cümə günü gəlib. Makronu üçgünlük səfərdə ölkənin hərbi qüvvələr naziri Florans Parli, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fransua Lekuantr müşayiət edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR