İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Əzimova hökm oxundu - RƏSMİ

705 08.07.2023 10:13 Son xəbər A A

Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən M.Əzimovun əməli Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsinə tövsif olunub, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror ona 7 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, bir ay əvvəl Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd dənizdə boğulmuşdu. O, oğlunun dəfnində iştirak etmək üçün 3 günlük azadlığa buraxılmışdı.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR