İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mahir Emreli "Spartak"ın müdafiəçilərini asanlıqla keçə bilər" - Mixneviç

477 09.12.2021 16:53 İdman A A

"Düşünürəm ki, "Legiya" səbrlə şanslarını və əks-hücumları gözləyəcək. Onlar standart vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Hava şəraiti legionerlər üçün üstünlük ola bilər".

Qol.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının sabiq baş məşqçisi Çeslav Mixneviç Varşava təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Spartak"la oyunu öncəsi "Match TV"yə müsahibəsində deyib.

O, Moskva təmsilçisini daha texnikalı komanda olduğunu vurğulayıb: "Şaxta ot örtüyünün vəziyyətinə təsir göstərə bilər: Həmin vaxt ruslar üzərində üstünlükdən yararlanmaq çətinləşəcək. Mahir Emreliyə verilən uzun ötürmələr "Legiya"nın təhlükəli silahı ola bilər. O, "Spartak"ın ləng mərkəz müdafiəçilərini asanlıqla keçə bilən hücumçudur. Pekhart oynasa, cinahlardan daha çox ötürmələr olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR