İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro: “ABŞ Qayanada gizli hərbi bazalar yaradıb”

454 04.04.2024 13:08 Dünya A A

ABŞ Qayana-Essekiboda gizli hərbi bazalar yaradıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Venesuela prezidenti Nikolas Maduro "Venezolana de Televisión" telekanalının canlı efirində bildirib.

“Biz dəqiqləşdirimişik ki, Venesuelanın cənubunda və şərqində, müvəqqəti olaraq Qayananın nəzarəti altında olan Qayana-Essekibo ərazisində ABŞ ordusunun cənub komandanlığının və Mərkəzi Kəşfiyyat İdarəsinin əhaliyə qarşı təcavüz hazırlayan gizli hərbi bazaları və bölmələri var", - Maduro deyib.

Prezident qeyd edib ki, Qayana ölkə prezidenti Məhəmməd İrfaan Əli tərəfindən deyil, ABŞ-ın cənub komandanlığı, MKİ və ExxonMobil tərəfindən idarə olunur.

"Biz həmişə Venesuelanın ərazi bütövlüyünü müdafiə etməyə hazır olmalıyıq", - Maduro vurğulayıb.

Qeyd edək ki, Venesuela sözügedən əraziyə iddia edir və buna görə ABŞ tərəfindən müdafiə olunan Qayana ilə münaqişə içindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR