İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan XİN rəhbəri: Bu cür bəyanatlar dünya müharibəsini yaxınlaşdırır

737 26.03.2024 18:52 Dünya A A

NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlar üçüncü dünya müharibəsini yaxınlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə təkcə görülən hərəkətlər deyil, həm də sözlər önəmlidir.

"NATO üzvü olan bəzi ölkələr adından Ukraynaya qoşun yeritmək imkanından söhbət gedəndə, bu, həqiqətən də təhlükəlidir", - XİN başçısı deyib.

O bildirib ki, bu cür bəyanatlar üçüncü dünya müharibəsi riskini yaxınlaşdırır, ona görə də Macarıstan həmkarlarını və müttəfiqlərini belə təhlükəli bəyanatlardan çəkinməyə çağıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR