İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan və Slovakiya Ukraynaya dizel yanacağı vermir

444 18.02.2026 21:53 Dünya A A

Bratislava və Budapeşt Ukraynaya dizel yanacağı ixracını dayandırıb və elektrik enerjisini kəsməklə hədələyiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko ölkəsinin Kiyevlə enerji əməkdaşlığı şərtlərini yenidən nəzərdən keçirə biləcəyini deyib.

R.Fiko bildirib ki, əgər Volodimir Zelenski “Drujba” boru kəməri vasitəsilə neft tədarükünün heç bir dəyəri olmadığına və lazımsız olduğuna inanırsa, Bratislava da öz növbəsində fərqli bir qərar verə, elektrik təchizatı sahəsində əməkdaşlıqdan imtina edə bilər.

Onun sözlərinə görə, boru kəmərinin bərpası üzrə işlər başa çatıb, lakin Ukrayna tərəfi siyasi səbəblərdən tranzitin bərpasına mane olur. Fiko Bratislavanın Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə biləcəyi ehtimalını da istisna etməyib. Slovakiyanın baş naziri həmçinin hesab edir ki, Zelenskinin hərəkətləri aprel ayında Macarıstanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək məqsədi daşıyır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə Kiyevin mövqeyini təzyiq cəhdi kimi xarakterizə edib.

“Bu, açıq-aydın şantajdır və məqsədi Macarıstanı Ukraynanın tələblərini yerinə yetirməyə, hərbi münaqişəni dəstəkləməyə, bunun üçün vəsait ayırmağa, Ukraynanın Aİ-yə daxil olmasına razı olmağımıza və bizi ucuz Rusiya enerji mənbələrindən imtina etməyə məcbur etməkdir”, - deyə Peter Siyarto bildirib və əlavə edib ki, ölkəsi şantajlara uymayacaq.

Budapeşt və Bratislava artıq Zaqreblə Rusiya neftinin Xorvatiya ərazisindən tranzit edilməsi ehtimalı ilə bağlı danışıqlar aparırlar. Xam neftin dəniz yolu ilə çatdırılması və daha sonra Adriatik boru kəməri vasitəsilə vurulması planlaşdırılır. Macarıstanın MOL şirkəti artıq Xorvatiya limanları vasitəsilə Rusiya neftinin dəniz yolu ilə çatdırılması üçün ilk müqavilələri imzalayıb.

Slovakiya strateji yanacaq ehtiyatlarından istifadə etmək qərarına gəlib. Ümumi ehtiyat təxminən 90 gün üçün nəzərdə tutulub, lakin hakimiyyət orqanları hələlik yalnız bir aylıq ehtiyatdan istifadə etməyi planlaşdırır. Macarıstanın oxşar həcmdə ehtiyatları var.

Qeyd edək ki, Macarıstan və Slovakiya Rusiyanı dəstəkləyən, Ukraynanın mühariibəni uduzması üçün sabotaj aktları həyata keçirən azsaylı Avropa ölkələrindən ikisidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR