İnsanlara hürriyət, millətlərə istiqlal!

Lirə ucuzlaşdı, Azərbaycanın karqo şirkətləri narazılıq yaratdı:sınaqdan niyə çıxa bilmədilər?

1841 08.12.2021 15:00 Gündəm A A

Son ayda qonşu Türkiyənin milli valyutasının məzənnəsində müşahidə olunan sürətli eniş bu ölkədən məhsul alışına marağı artırıb. Daha çox yüngül sənaye malları ilə tanınan qardaş ölkədən karqo şirkətləri vasitəsilə mal sifarişi etməyən vətəndaşımız demək olar ki, çox az saydadır.

İlin əvvəlində 0,2305 manat olan lirə cari ilin dekabrın 8-nə qədər manat qarşısında 0,11 manata yaxın və ya 45,6% ucuzlaşaraq 0,1255 manata enib. Təkcə noyabrda isə lirə manat qarşısında 24,7% ucuzlaşma nümayiş etdirib.

Eləcə də, dünya miqyasında “Black Friday” kimi tanınan, noyabrın sonuncu həftəsinin cümə gününə təsadüf edən endirim kampaniyaları da bu ərəfədə Türkiyədən məhsul sifarişlərin həcmini artırıb.

Həm endirim kampaniyasından, həm də lirənin ucuzlaşmasından yararlanmaq istəyən vətəndaşlarımız karqo şirkətləri vasitəsilə Türkiyədən böyük həcmdə mal sifarişləri həyata keçirib. Lakin hazırda həmin sifarişlərin çatdırılması ilə bağlı bir sıra narazılıqlar ortaya çıxıb.

Belə ki, sifarişlərin çoxluğu yerli karqo şirkətlərinin çatdırılmada problemlər yaşamasına səbəb olub. Sözügedən məsələ ilə bağlı kifayət qədər müştəri şikayəti ilə qarşılaşmaq mümkündür.

Musavat.com “Ölkə.Az”-a istinadən həmin şikayətlərin bir qismini nəzərinizə çatdırır:

MOVER.AZ - VITAM Reklam Şirkəti, 2004-cü ildən xidmətinizdə!

“Mover.az”ın müştərisi Ramil Şahverdiyev şirkətin sosial şəbəkə hesabında şikayətini yazaraq bildirib ki, noyabrın 25-dən hələ də məhsulu çeşidləmədədir və şirkət tərəfindən təhvil verilməyib. Rəşad Nəbiyev adlı vətəndaş isə məhsullarının Türkiyə anbarında qaldığını, hələ də gətirilmədiyini deyir. Bəzi müştərilər isə bağlamalarının itməsindən şikayət edir.

Karqo şirkəti “Starex” Rebrendinq Edir - FOTO

“Starex” şirkətinin müştəriləri Arzuman Hacıyev yazıb: “29 noyabrda məhsul sifariş verilib, 3 gündür hələ də məhsul “mağazadan sifariş verilib” statusundadır. Niyə?”. Vüqar Bağırov isə “2 gündür, Türkiyə anbarınıza çatan bağlamanı hələ də sistemə daxil etməmisiz. Sorğuya da cavab vermirsiz”, – deyə şirkətin sosial şəbəkə hesabına şərh bildirib.

Dynamic Express | LinkedIn

Hətta bəzi karqo şirkətlərinin sifarişləri qarışdırdığı, müştərilərə yanlış məhsulların bəyannamələri göndərdiyi deyilir. Belə ki, “Dynamic Express” karqo şirkətinin müştərisi Nicat İsmixanov şirkətin sosial şəbəkə hesabında belə bir rəy bildirib: “Malların xarici anbara daxil olması probleminin obyektiv səbəblərini başa düşmək olar. Lakin sifariş etmədiyin məhsulun bağlamaların siyahısında peyda olmasının və ona görə bəyanamənin verilməsinin tələb olunmasının heç bir məntiqi cavabı yoxdur. Sifariş etdiyim məhsullardan xəbər yoxdur, etmədiyim məhsulun bəyanatı tələb olunur”.

Eyni karqo şirkətinin Rauf Fərəcli adlı müştərisi isə saytın işləməməsindən və problemlə bağlı şirkət tərəfindən geridönüş edilməməsindən şikayətlənib: “Sayt işləmir, tətbiq işləmir, telefon mərkəzi işləmir, bağlamalar gecikir və ya itirilir, e-maillar, mesajlar cavabsız qalır. Elə bil, pulsuz xidmət edirsiniz. Son sifarişlərimi aldıqdan sonra bir daha sizin xidmətlərinizdən istifadə etməyəcəm. Heç kimə də məsləhət görməyəcəm”.

Expargo - xaricdən çatdırılma xidməti - Apps on Google Play

Karqo şirkətlərindən biri olan “Expargo” isə sifariş çoxluğundan gecikmələrin olduğunu qəbul edərək açıqlama verib. Şirkət bildirib ki, endirim həftəsi ərzində həm türk lirəsinin dəyərini itirməsinə görə, həm də “Black Friday” günü ilə bağlı sifariş edilən bağlamaların sayı digər həftələrə nisbətən daha çox olub, son həftə ərzində 40 000-dən çox bağlama sistemə daxil edilərək yola salınıb. Şirkət müəyyən gecikmələri aradan qaldırmaq üçün tədbirlərin görüldüyünü də qeyd edib.

Toğrul İsmayıl adlı müştəri isə “Limak” karqo şirkəti ilə şikayətlərlə bağlı əlaqə saxlamağın mümkün olmadığını, şirkətin əlaqə nömrələrinin işləmədiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR