İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda sürücü 6 kilo marixuana ilə tutuldu

438 30.05.2022 10:45 Kriminal A A

Lənkəranda yol polisinin saxladığı avtomobildən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Lənkəran şəhəri ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, o narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR