Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ATƏT-i (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) "yarıölü təşkilat" adlandıraraq, imkan olacağı təqdirdə bu qurumu dərhal tərk edəcəyini, lakin son qərarın dövlət başçısına məxsus olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Lavrov bu barədə Moskvada keçirilən XII "Primakov qiraətləri" Beynəlxalq Elmi-Ekspert Forumunda çıxışı zamanı bildirib. Rusiya diplomatiyasının rəhbəri ölkəsinin ATƏT-dəki gələcək fəaliyyətini şərh edərək deyib: "Buna qərar vermək prezidentin səlahiyyətindədir, lakin bir bədbəxtlik olmasaydı – yəni digər ölkələr oradan çıxmasaydı – mən şəxsən bu təşkilatdan mütləq çıxardım".
Nazirin sözlərinə görə, Rusiyanı açıq şəkildə qaralayan və ləkələməyə çalışan bir platformanın əldə saxlanılması hələ də müəyyən mənada əhəmiyyətlidir. Lavrov vurğulayıb ki, Moskva rəhbərliyi bu strukturun hazırkı acınacaqlı vəziyyətini və real dəyərini çox gözəl başa düşür, lakin qarşı tərəfin ittihamlarına cavab olaraq onların heç bir bəhanə gətirə bilməyəcəyi təkzibolunmaz faktları məhz bu tribuna vasitəsilə birbaşa üzlərinə demək imkanı qazanır. Məhz bu taktiki səbəbdən Rusiya hələlik ATƏT-də təmsil olunmağa davam edir.
Musavat.com






