İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın səmasında möhtəşəm atəşfəşanlıq - VİDEO, FOTO

1341 26.08.2023 23:13 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Bu gün Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür.

Musavat.com xəbər verir ki, bununla bağlı Laçında möhtəşəm tədbirlər keçirilib. 

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Tədbirlərin sonunda Laçın şəhəri günü atəşfəşanlıqla qeyd olunub. 

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanıb. İki gün davam edəcək tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR