İnsanlara hürriyət, millətlərə istiqlal!

Külli miqdarda narkotik ittihamı ilə həbs edilən şəxs bəraət aldı  

683 17.11.2021 17:01 Kriminal A A

Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilən şəxs hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham olunaraq həbs edilən 1984-cü il təvəllüdlü Mahur Rüstəmovun məhkəməsi baş tutub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmə araşdırması zamanı Mahur Rüstəmovun irəli sürülən ittihamla təqsiri sübuta yetirilməyib.


Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və M.Rüstəmov azadlığa buraxılıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR