İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuba rəsmiləri: “ABŞ Venesuelaya xüsusi təyinatlılar göndərib”

598 15.02.2019 15:58 Son xəbər A A

Kuba rəsmiləri ABŞ-ın Venesuela ətrafına xüsusi təyinatlı dəstələr göndərərək, burada humanitar yardım adı altında ölkədə gizli müdaxilə planını həyata keçirmək istədiyini iddia edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, inqilabi hökumətin məlumatında fevralın 6-dan 10-na qədər Puerto-Rikodakı Rafael Miranda hava limanına, habelə Dominikan Respublikasının San-İsidoro hava bazasına, o cümlədən Karib dənizinin başqa strateji vacib sayılan adalarına ABŞ-ın hərbi-nəqliyyat təyyarələrini endiyi xəbər edilib.

Kuba hökuməti həmin təyyarələrin başqa ölkələrin hökumətlərinin icazəsi olmadan qalxdığına əmin olduğunu ifadə edib.
“Bu reyslər ABŞ xüsusi təyinatlılarının, dəniz piyadaları korpusunun yerləşdiyi hərbi obyektlərdən göndərilərək hansısa məxfi missiyanı icra edirlər”,-deyə məlumatda göstərilir.

ABŞ-ın Venesuela məsələləri üzrə xüsusi nümayəndəsi Elliot Abrams isə rəsmi Havananın bəyanatını növbəti yalan adlandırıb.

Eyni zamanda ABŞ prezidentinin milli təhlükəizlik məsələləri üzrə köməkçisi Con Bolton Xuan Quaydonu Venesuela prezidenti kimi tanımayan ölkələri hədələyib.

“Kim Venesuelanın demokratik institutlarını pozmaq üçün Nikolas Maduro ilə əlbirdirsə, bunun nəticələri ilə qarşılaşmalı olacaq”, - deyə ABŞ rəsmisi öz tvitter hesabında yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR