İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus”un sürətlə yanmasının səbəbləri – FHN-in açıqlaması

588 18.07.2024 15:07 Dünya A A

2024-cü ilin martında Moskva ətrafında yerləşən “Crocus City Hall” konsert zalını yandırmaq üçün terrorçular benzin və ya benzin qarışıqlı mayedən istifadə edə bilərdilər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, “Krokus”da yanğınsöndürmə sistemləri tez alışan mayelərdən yaranan yanğınların söndürülməsi üçün uyğun olmayıb.

Rusiya FHN-in nəzarət fəaliyyəti və profilaktik işlər departamentinin direktoru Sergey Voronov deyib: "Bizim tələblərimizə görə, bu cür qapalı məkanlar üçün yanan mayelərin istifadəsinə qarşı nəzərdə tutulmuş yanğındanmühafizə sistemi yoxdur".

O qeyd edib ki, mövcud təhlükəsizlik tələbləri, bir qayda olaraq, mümkün qəsdən yandırma və ya terror aktları nəzərə alınmadan formalaşır.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”un konsert zalına soxulan silahlı şəxslər tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hadisədə 145 nəfər həlak olub, 1000 nəfərə yaxın insan zərər çəkib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR