İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus” işinin fiqurantı teraktla heç bir əlaqəsinin olmadığını bildirib

977 03.04.2024 15:45 Dünya A A

Moskvanın “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən İsrail İslamov ittihamı qətiyyətlə rədd edir və cinayətlə heç bir əlaqəsinin olmadığını deyir.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti-yə onun vəkili Zalina Yesenova məlumat verib.

“O, özünü günahkar saymır, ona görə də həbsdən apellyasiya şikayəti verdik. Onun hazırlanmış terror aktı ilə bağlı heç nə bilməyib və onda iştirak etməyib”, - vəkil bildirib.

İsrail İslamov daha iki müttəhimin – Dilovar və Aminçonun atasıdır. Terror aktı törədilməsində istifadə olunan avtomobil bu ailəyə məxsus olub və terrorçulara satılıb.

Aprelin 3-də Moskva Şəhər Məhkəməsi İslamovun həbsini qanuni elan edib. Məhkəmə iclası qapalı keçirilib. Martın 28-də Aminçon İslamov da günahsız olduğunu bəyan edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR