İnsanlara hürriyət, millətlərə istiqlal!

Kritik informasiya infrastrukturu obyektləri ilə bağlı mühüm yenilik - məqsəd nədir?

1132 25.05.2023 13:53 Texnologiya A A

Osman Gündüz: “Bundan sonra nəhəng dövlət qurumlarının informasiya sistemi çökməyəcək”

Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı təsdiq ediləcək. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərmanda göstərilir ki, Nazirlər Kabineti “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-2.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 iyul tarixli 1738 nömrəli Fərmanında da (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 727) bir sıra dəyişiklik edilib.

Osman Gündüz: “Ümid edirəm ki, qərar qəbul edənlərimiz düşmən ölkənin  statistikasını izləyir” » Reyting.az

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fərmanı “Yeni Müsavat” üçün şərh etdi. Ekspert bildirdi ki, bəzən dövlətə məxsus olan informasiya sistemləri çökür, bu isə çox sayda vətəndaş üçün bir sıra çətinlik yaradır. Onun sözlərinə görə, hökumət bir növ mərkəzləşdirilmiş platforma yaratmaqla vətəndaşların informasiya təhlükəsizliyini gücləndirməyə çalışır: “Bir sıra dövlət və özəl qurumun saytında problem yarandıqda bəzən on minlərlə vətəndaş əziyyət çəkir. Yeni qanunvericilik məhz bu kateqoriyaya aid olan kritik informasiya infrastrukturu obyektlərinə şamil olunur. Nazirlər Kabinetinin tərtib etdiyi siyahıya salınacaq obyektlər kritik dövlət qurumları hesab olunacaq. Onlar üçün yeni informasiya təhlükəsizliyi tələbləri irəli sürüləcək. Məsələn, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti siyahıya salınacaq qurumlar qarşısında informasiya sistemi ilə bağlı tələblər qoyacaq. Qeyd etmək yerinə düşər ki, əvvəl audit aparılması könüllü qaydada idisə, qanun qüvvəyə mindikdən sonra bu, rəsmi qaydada mümkün olacaq. Yeni qanunvericilik yeni mühit yaradacaq. Bundan sonra nəhəng dövlət qurumlarının informasiya sisteminin çökməsi haqqında xəbərlər eşitməyəcəyik. Kritik informasiya infrastrukturunun müəyyən olunması, tələblərin müəyyən edilməsi ölkənin informasiya təhlükəsizliyi mühitinin daha da güclənməsinə, bu sahədə daha çevik qərarların qəbul edilməsinə xeyli kömək edəcək”.

O.Gündüz kadr çatışmazlığı məsələsinə diqqət çəkərək qeyd etdi ki, əvvəllər bu sahədə kifayət qədər ciddi problem var idi. Ekspert kibertəhlükəsizlik sahəsində böyük işlər görüldüyünü vurğuladı: “Ən azı 4-5 qurum bununla bağlı universitetdən kənar kadr hazırlığına başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin "Technion" Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradıb. Burada hər il kibertəhlükəsizlik sahəsində təxminən 1000 nəfərin hazırlanması nəzərdə tutulur. Kim istəsə, müraciət edib 6 aylıq kurs keçilir. Bir neçə başqa qurum da belə mərkəz yaradıb".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR