İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin ətrafında çatlar dərinləşir: müharibə tərəfdarları ilə texnokratlar üz-üzə

241 05.06.2026 17:39 Siyasət A A

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF) bu il təkcə iqtisadi müzakirələrlə deyil, Rusiya elitası daxilindəki fikir ayrılıqlarının açıq şəkildə üzə çıxması ilə diqqət çəkib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rusiyalı siyasi şərhçi Abbas Qallyamov forumun Kreml ətrafında formalaşmış iki fərqli düşərgə arasında nadir ictimai qarşıdurmaya çevrildiyini bildirib.


Продюсер телеканала «Царьград ТВ», учредитель Фонда святителя Василия Великого Константин Малофеев. Фото: Евгений Разумный / Коммерсантъ

Forumda “Rosneft” rəhbəri İqor Seçinin müşaviri, keçmiş xarici kəşfiyyat polkovniki Andrey Bezrukov Rusiyanın qarşıdakı onilliklər ərzində müharibə şəraitində yaşamağa hazırlaşmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırkı münaqişə başqa regionlara da yayıla bilər və ən azı iki nəsil müharibə şəraitində yaşayacaq.
Daha sərt mövqe ilə çıxış edən “Tsarqrad” media qrupunun sahibi Konstantin Malofeyev isə Kiyev, Xarkov və Odessanın ələ keçirilməsindən, Avropa Birliyinin dağılmasından və Rusiyanın qlobal liderə çevrilməsindən danışıb. O, hətta nüvə silahından istifadənin belə “yaxşı ssenari” sayıla biləcəyini bildirib.

Forumun digər tərəfində isə fərqli fikirlər səslənib. VEB dövlət korporasiyasının rəhbəri İqor Şuvalov Rusiyada son 30 ildə qurulan iqtisadi modelin qorunmasının vacibliyini vurğulayıb və dövlət nəzarətinin həddindən artıq genişlənməsindən narahatlığını ifadə edib.


Александр Вайно. Фото: соцсети

Prezident Administrasiyasının rəhbəri Anton Vaynonun oğlu Aleksandr Vayno da biznesin güc strukturlarından ehtiyat etdiyini etiraf edib. Onun sözlərinə görə, bəzi sahibkarlar sonradan problemlərlə üzləşməkdən qorxduqları üçün hətta dövlət subsidiyalarından istifadə etməyə çəkinirlər.

Qallyamov hesab edir ki, forumda faktiki olaraq iki fərqli yanaşma toqquşub: bir tərəfdə ölkənin daha da hərbiləşdirilməsini istəyən “şahinlər”, digər tərəfdə isə bazar iqtisadiyyatının qorunmasını və güc strukturlarının təsirinin azaldılmasını müdafiə edən texnokratlar.

Politoloqun fikrincə, bu cür açıq çıxışlar təsadüfi deyil və Kremlin yuxarı eşelonlarında mühüm qərarlar ərəfəsində gərgin mübarizənin getdiyini göstərir.

“Belə təəssürat yaranır ki, hamı özünün son həlledici döyüşünə çıxıb”, – deyə Qallyamov bildirib.

Onun qənaətinə görə, Rusiya elitası daxilində ölkənin gələcək inkişaf modeli ilə bağlı əsl qarşıdurma formalaşıb: bir tərəf müharibə və səfərbərlik kursunun davam etdirilməsini istəyir, digər tərəf isə bazar iqtisadiyyatının tamamilə sıradan çıxmasından və repressiyaların daha da güclənməsindən ehtiyat edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR