İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən xəbərdarlıq gəldi

2866 09.01.2025 14:14 Siyasət A A

Ermənistan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı hərəkətə keçdikdən, bununla bağlı parlamentə layihə göndərdikdən dərhal sonra Kremldən reaksiya gəlib.

Musavat.com bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Dmitri Peskov açıqlama verib.

“Həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq sadəcə mümkün deyil və Aİİ İrəvana real fayda gətirir”, -Dmitri Peskov brifinqdə deyib.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR